Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Qusar rayonu, Şahdağ Qış-Yay Turizm kompleksinə gedən yolun kənarında evlərin damının, fasadının və hasarın cari təmiri işlərinin satın alınması üçün

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Təkliflər sorğusunda təmir və bərpa işləri sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yarat­madan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilər.

Təkliflər sorğusunda iştirak etmək istəyən iddiaçılar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

AZN hesabı

Emitent

Bankın adı – Dövlət Xəzinədarlığı Agentliyi

Bankın kodu – 210005

VÖEN – 1401555071

M/h – AZ­41NABZ01360100000000003944

SWIFT – CTREAZ22

Alan – Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

VÖEN – 1404365471

H/h – AZ53C­TRE00000000000008498501

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142330

Təkliflər sorğusunda iştirak haqqı 350 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

İddiaçılar təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir;

- təklif dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olma­lıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- məhkumluq barədə arayış;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müva­fiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- təkliflər sorğusuna aid təklifi və satınal­ma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 3 (üç) il ərzində ox­şar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- peşəkar işçi heyəti və texniki avadanlı­ğa aid məlumat;

- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması haqqında sənəd;

- təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya;

- digər sənədlər (təkliflər sorğusunun əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

İddiaçılar konsorsium yaratmaqla təkliflər sorğusunda iştirak etmək istəyirlərsə, kon­sorsium barədə müqavilə, eləcə də konsor­sium iştirakçısı olan bütün şirkətlər haq­qında yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar təkliflər sorğusuna aid təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıla­rın təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.

Azərbaycan Respublikasından olan iddi­açıların təkliflər sorğusuna təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikası­nın dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlənib imzalanmış iki­qat zərflərdə 12 noyabr 2021-ci il saat 18.00-dək Bakı şəhəri, Nizami küçəsi 96E, Land­mark I, 3-cü mərtəbəyə (əlaqələndirici şəxs – Mehman Bayramova) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 15 noyabr 2021-ci il saat 12.00-da Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədə açılacaqdır. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.

Tender komissiyası

27 Oktyabr 2021 01:51 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
1 Dekabr 2021 | 01:23
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə