Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtlı gənc musiqiçilər beynəlxalq müsabiqədə mükafatlar əldə ediblər

 

 

Almaniyanın paytaxtı Berlində keçirilmiş çoxjanrlı musiqi müsabiqəsi Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri üçün uğurlu olub.

"HERBEST SYMPHONIE - Berlin 2021" adlanan müsabiqədə fortepi­ano janrı üzrə 6-cı sinif şagirdi Aytac Vəlizadə və 5-ci sinif şagirdi Valeriya Olxovaya müsabiqənin 1-ci dərəcəli laureatı, məktəbin digər şagirdləri Səid Vəlizadə, Aysu Məmmədzadə, Ayla Pənahova və İnci Vəlizadə isə 2-ci dərəcəli laureatı adını qazanıblar.

Sumqayıtlı gənc istedadların nailiyyətinə görə onların müəllimləri Esmira Əliyeva və Sevda Məcidova da mükafata layiq görülüblər.

Əli NƏCƏFXANLI,“Xalq qəzeti”nin bölgə müxbiri

27 Oktyabr 2021 01:20 -

Köhnə versiyamızdan xəbərləri izlə