Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsində şəhid olan sərhədçi hərbçilərin anım mərasimləri keçirilib

 

 

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, şəhid gizirlər Yusifzadə Xudayar Müslüm oğlu və Ələkbərov Məhəmmədəli Bayram oğlunun, kiçik gizirlər Hüseynov İmaməli Cəlil oğlu, İbrahimov Elnur Dönməz oğlu, İbrahimov Sultan Mikayıl oğlu, Rzalı Daşqın Elşad oğlu, Xosrovzadə İlkin Azay oğlunun anım mərasimlərində DSX-nin rəhbər heyəti, ictimaiyyətin nümayəndələri iştirak edib, şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül çələngi qoyublar.

Mərasimlərdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadət zirvəsinə ucalmış şəhidlərimizin qəhrəmanlıq salnamələri yazdıqları barədə danışıb, onların Vətən yolunda bizlərə Qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyini vurğulayıblar.

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən olduğu, həmin məsələlərin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, torpaqlarımızın azad edilməsi uğrunda həlak olan qəhrəmanların xatirələrinin dövlətimiz tərəfindən əbədiləşdirilməsi, onların ailələrinə yüksək diqqət və qayğı göstərilməsinə görə minnətdarlıqlarını bildiriblər.

27 Oktyabr 2021 01:09 -

Köhnə versiyamızdan xəbərləri izlə