Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Britaniya kraliçası Azərbaycanı təbrik edib

 

 

Britaniya Parlamentinin Lordlar Palatasında Britaniya Kraliçasının Azərbaycana təbriki səsləndirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən verilən məlumata görə, bir neçə gün öncə Britaniya Parlamen­tinin Lordlar Palatasının üzvü Lord Qurban Hüseyn Azərbaycan Respub­likasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində Britaniyanın hansı addım­lar atdığı barədə hökumətə sual ünvan­layıb.

Sualı Britaniya hökuməti adından ca­vablayan Lord Goldmisth Britaniya kra­liçası II Elizabetin ildönümü münasibəti ilə Azərbaycana təbriklərini çatdırıb. O qeyd edib ki, Britaniya hökuməti Azərbaycanla ikitərəfli əlaqələri daha da möhkəmləndirmək istiqamətində fəaliyyətləri davam etdirir.

Lord Goldmisth xarici işlər naziri Ceyhun Bayramov və Britaniyanın Avropa qonşuluğu və Amerika regionu üzrə naziri Vendi Morton arasında baş tutan ən son telefon danışığına istinad edərək, ölkələrimiz arasında, xüsusən, ticarət və ingilis dilinin tədrisi sahəsində əlaqələrin daha da dərinləşməsi yönündə atılmaqda olan addımları vurğulayıb.

“Xalq qəzeti”

27 Oktyabr 2021 00:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə