Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrailli ekspert: Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa investisiya qoyuluşunu və sosial inkişafı sürətləndirəcək

 

 

Beynəlxalq hüquq üzrə mütəxəssis Mixail Finkel Trend-ə bildirib ki, Füzuli hava limanının açılışı Qarabağa investisiya qoyuluşunu və regionun sosial inkişafını sürətləndirəcək.

Ekspert qeyd edib ki, tikintisi qısa zamanda başa çatmış hava limanının açılışı iki məsələni vurğulayır: "Birincisi, Qarabağ qayıdıb, ikincisi isə Qarabağ dünyanın tərkib hissəsinə çevrilir və aviareyslərlə dünyaya bağlanacaq".

Finkelin sözlərinə görə, Azərbaycanın yürütdüyü siyasətin müdrikliyi ondadır ki, ölkədə arteriya­ların yaradılmasının vacibliyini başa düşürlər: "Əlbəttə, Qarabağı dünya ilə bağlayan digər arteriyalar kimi Füzuli Beynəlxalq Hava Limanı da siyasətçilərin, iş adamla­rının, investorların, ictimai xadimlərin, mədəniyyət xadimləri və turistlərin səfərlərinə xidmət edəcək. Qarabağa gələn insanlar bu gözəl yerləri görüb, investi­siyalar qoymaq, müəssisələr açmaq istəyəcək. İnsanlar burada işləmək, dincəlmək və səyahət etmək, perspektivdə isə müalicə almaq istəyəcəklər. Əminəm ki, zaman keçdikcə burada müalicə mərkəzləri, meh­manxanalar açılacaq".

M.Finkel qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanının açıl­ması Azərbaycanın müxtəlif ölkələrlə dost­luq münasibətlərini möhkəmləndirəcək: "Bu, xalqlar arasın­da dostluğun möhkəmlənməsinə gətirib çıxaracaq və Qarabağa getdikcə daha çox ölkə nümayəndələri gələcək".

Ekspert əlavə edib ki, işğal illərində Qarabağda ermənilər tərəfindən heç nə tikilməyib və yaradılmayıb: "Onlar orada heç nə yaratmadan hər şeyi daşıyıb aparırdılar. Müharibədə uduzmağa baş­layanda isə onlar Gebbelsin "yandırılmış torpaq" nasist siyasətinə əməl etdilər. Ermənilərin Qarabağı işğal etdiyi 30 il ərzində orada bu əraziləri sivil dünyaya inteqrasiya edəcək nə hava limanı, nə də hansısa infrastruktur yaradılmayıb".

“Xalq qəzeti”

27 Oktyabr 2021 07:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə