Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tahir Budaqov: Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır

 

 

Bu gün Azərbaycan öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran – möhtəşəm Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti və milli ləyaqətini bərpa etdi. Təbii ki, istər bu müharibə, istər ondan əvvəlki, istərsə də sonrakı dövrdə Azərbaycan xalqı və dövləti hər zaman Türkiyə dövlətinin və xalqının, qardaş ölkənin Prezidentinin, rəsmilərinin güclü dəstəyini hiss edib. Şübhəsiz ki, Türkiyə kimi qüdrətli bir dövlətin birmənalı mənəvi-siyasi dəstəyi Azərbaycana əlavə güc verdi, ölkəmizə qarşı olan bir çox dairələrin, qüvvələrin neytrallaşdırılması bu proseslərə fəal müdaxilənin qarşısını aldı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.

Azərbaycan–Türkiyə münasibətlərinin postmüharibə dövründə də yüksələn xətlə inkişaf etdiyini bildirən Tahir Budaqov deyib: “Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açıl­ması Azərbaycan-Türkiyə qardaşlı­ğının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Eyni zamanda, bu səfər iki ölkə arasında sarsılmaz dostluğu növbəti dəfə dünya ictimaiyyətinə açıq şəkildə nü­mayiş etdirəcək, çox mühüm bir mesaj olacaq. Bu səfər, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və ümumilikdə regionda yeni reallıq­ların, yeni geostrateji vəziyyətin möhkəmlənməsi baxımından xüsusi önəm daşıyacaq”.

“Xalq qəzeti”

27 Oktyabr 2021 00:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə