Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətimizin başçısı Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərini əsl qardaşlıq nümunəsi adlandırıb

Mən bilirəm ki, Sizin çox yoğun iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli tədbirdə olmusunuz. Daha sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər, Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız.

"Xalq qəzeti" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı deyib: “Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir”.

26 Oktyabr 2021 20:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə