Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti: Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq

Bu gün Zəngilan rayonunda birinci özəl yatırım layihəsinin də təməlini qoyduq. Bu yatırım layihəsi də Türkiyə-Azərbaycan birgə layihəsidir.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də bizim çiyin-çiyinə bir yerdə irəlilədiyimizi bir daha göstərir. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. “Bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün dövr, müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

26 Oktyabr 2021 20:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə