Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənməsinin qaydası açıqlanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənməsinin qaydasını açıqlayıb.

 

Agentlikdən "Xalq qəzeti"nə verilən xəbərə görə, “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq peyvəndlənmə prosesi davam etdirilir.

 

Qeyd olunub ki, avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb: “Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır".

 

"Yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər" - məlumatda bildirilib.

26 Oktyabr 2021 17:42 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə