Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kimya fənnindən I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları üçün proqramlar müzakirə edilib

Oktyabrın 26-da Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

DİM-dən bildirilib ki, iclasın gündəlik məsələsi kimya fənnindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi olub.

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan 7-11-ci sinif dərslikləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilib.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Noyabrın 2-də müzakirə davam etdiriləcək.

"Xalq qəzeti"

26 Oktyabr 2021 16:37 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə