Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

166 məktəbdə jurnal və gündəlik sistemi elektronlaşdırılıb

Məktəblərdə elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilir. Sistem hazırda şəhər və bölgələr üzrə 166 məktəbdə istifadə olunur.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu ilin sonunadək daha 197 məktəbdə tətbiqi nəzərdə tutulur. Sistemə yeni qoşulan bütün məktəblərin inzibati-idarəetmə və pedaqoji heyəti sistemdən istifadə üzrə təlimlərə cəlb olunurlar.

Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.

Qeyd edilib ki, yeni sistem vasitəsi ilə sinif komplektləri, şagird siyahısı, işçilərin siyahısı, tədris planları, dərs cədvəlləri, qiymətləndirmə, davamiyyət göstəriciləri kimi proseslər tamamilə elektronlaşdırılıb. Qeyd edilən bütün məlumatlar elektronlaşdırıldığına görə dinamik hesabatların çıxarılması, prosesə məsafədən real vaxt rejimində nəzarət imkanı yaradılıb. Həmçinin, məktəbin işçi heyəti tərəfindən tədris prosesinin qeydiyyatı ilə bağlı aparılan kargüzarlıq yükü azaldılıb, əlavə insan resursu və vaxt sərfiyyatının qarşısının alınması hədəflənib. Bununla yanaşı, sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.

"Xalq qəzeti"

26 Oktyabr 2021 16:09 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə