Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil nazirinin videoqəbulu keçiriləcək

Təhsil naziri Emin Əmrullayev oktyabrın 29-u saat 16:00-da Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeyd olunan bölgələrin sakinləri 20-27 oktyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət ünvanlamaqla videoqəbula yazıla bilərlər.

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

26 Oktyabr 2021 15:45 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə