Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi Türkiyə telekanallarında canlı yayımlanıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfəri qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən verir ki, “TRT Haber”, “Haber Global” telekanalları Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanında qarşılanma mərasimini və aeroportun açılışını canlı yayımlayıb.

Səfərin əhəmiyyəti və vacibliyini xüsusi qeyd edən Anadolu agentliyinin xəbərləri ölkənin əsas media qurumları tərəfindən geniş yayılıb.

İnformasiyalarda diqqətə çatdırılıb ki, Füzuli Beynəlxalq Hava Limanına səfər edən ilk xarici dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb və liderlər səmimi görüşləri ilə bütün dünyaya növbəti dəfə qardaşlıq mesajı veriblər.

26 Oktyabr 2021 15:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə