Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən verilən məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

"Xalq qəzeti"

26 Oktyabr 2021 18:57 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə