Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Agentliyi "CV yarat" platformasını istifadəyə verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən www.cvyarat.az platforması istifadəyə verilib.

Agentlikdən verilən xəbərə görə, CV hazırlamaqda çətinlik çəkən şəxslər platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarını əlavə edib, qısa müddətdə öz CV-sini PDF formatında əldə edə biləcək.

Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır.

Yaxın zamanda www.cvyarat.az platforması digər elektron sistemlərə də inteqrasiya olunacaq və identifikasiya nömrəsini yazmaqla istifadəçiyə dair şəxsi məlumatlar, eləcə də təhsil, iş təcrübəsi kimi məlumatlar birbaşa doldurulacaq.

Platformadan istifadə ödənişsizdir.

"Xalq qəzeti"

26 Oktyabr 2021 09:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
4 Dekabr 2021 | 23:54
Murovdağda ölməzlik zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə