Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Matteo Salvini 15 ilədək həbs edilə bilər

İtaliyanın sabiq daxili işlər naziri Matteo Salvi­ni 15 ilədək həbs cəzası ala bilər. M.Salvini 2019- cu ilin avqustunda Aralıq dənizində 160-dək miqrantı xilas edən “Open Arms” yardım gəmisinin günlərlə limana yanaşmasına icazə vermədiyi üçün mühakimə olunur.

Sabiq nazir “Open Arms” gəmisi ilə bağlı məsələdə, eləcə də qanunu pozmaq­da ittiham edilir. O, təqsirli bilinərsə, 15 ilə qədər həbs cəzası ala bilər.

Qeyd edək ki, M.Salvininin rəhbərlik etdiyi Lig Parti­yası və 5 Ulduz Hərəkatının yaratdığı koalisiya hökuməti 2018-ci ilin iyunundan 2019-cu ilin avqustuna qədər hakimiyyətdə olub. O, baş nazirin müavini və daxili işlər naziri vəzifələrini icra edib.

Xəbəri TASS yayıb.

26 Oktyabr 2021 00:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə