Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Amnesty International” Honq-Konqdan geri çəkilir

 

 

Təşkilatın yaydığı açıqlamada qeyd edilir ki, bu il “Amnesty International”ın Honq-Konqda iki ofisi bağlanacaq. Bura­dakı yerli ofisinin bu ay, regional ofisinin ilin sonunda bağlanacağını açıqlayan təşkilat regional əməliyyatların Asiya- Sakit okean bölgəsindəki digər ofislərə köçürüləcəyini bildirib.

“Amnesty İnternational”ın idarə heyətinin sədri Anjhula Mya Singh Bais bağlanma qərarının buradakı qanunlara uyğun verildiyini bildirib. Onun sözlərinə görə, Honq-Konqda milli təhlükəsizlik haqqında qanun insan haqları təşkilatlarının sərbəst fəaliyyətinə ciddi maneələr yaratdı­ğından təşkilat belə bir addım atmağa məcbur olub.

Qeyd edək ki, bu qanun ötən il iyu­nun 30-da Çinin ən yüksək qanunverici orqanı olan Milli Xalq Konqresinin Daimi Komitəsində yekdilliklə qəbul edilərək Prezident Si Tsinpin tərəfindən imzala­nıb. Dövləti devirmək cəhdlərini, dövlətə xəyanət və milli təhlükəsizliyə təhlükə yaradan hərəkətləri qadağan edən qanun Çin hökumətinin təsdiqindən və Honq-Konq yerli hökumətinin rəsmi qəzetində dərc olunduqdan sonra qüvvəyə minib.

Xatırladaq ki, Honq-Konqdakı cinayətkarların Çinə təhvil verilməsi haqqında qanun 2019-cu ilin iyunun­da qəbul edilib və ilin sonuna qədər ona qarşı kütləvi etirazlar davam edib. Qanun isə mərkəzi hökumət əleyhinə etirazları qadağan edir. Qanun çərçivəsində indiyədək 120-dən çox adam həbs edilib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

 

26 Oktyabr 2021 00:47 -

Köhnə versiyamızdan xəbərləri izlə