Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa və Avropa İttifaqı arasında fikir ayrılığı

Brüssellə aralarında fikir ayrılığı olmasına baxmayaraq, Polşa Avropa İttifaqının tərkibindən çıxmağı planlaşdırmır. Bu barədə respublikanın Baş naziri Mateuş Moravetski bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

Tərəflər arasında fikir ayrılığı Polşada hüququn təşkilatın qanunlarından üstün hesab olunması ilə bağlıdır.

Baş nazir deyib: “Biz tamamilə əminik ki, Polşa Aİ-nin tərkibində qalmalıdır. Polşanın təşkilatdan çıxmaq riski yoxdur. Biz ölkəmizi Avropanın bir hissəsi kimi qoruyacağıq”.

O, əlavə edib ki, respub­lika vətəndaşlarının 88 faizi Avropa İttifaqında üzvlüyü dəstəkləyir. Lakin Polşa Avropa İttifaqının ümumi büdcəsindən ödəniş almasa, cavab tədbirləri görməyə hazırdır.

Bununla yanaşı, Muro­vetski ümid etdiyini bildirib ki, tərəflər hər halda yaranmış fikir ayrılığını nizama sala biləcəklər: “Xoşbəxtlikdən bu, siyasi prosesdir və prosesin qarşısı siyasətçilər tərəfindən alınmalıdır. Bu, ən müd­rik qərar olardı. Çünki biz əlimizdə tapança tutduğumuz halda, bir-birimizlə danışa bilmərik”.

Qeyd edək ki, oktyabrın 7-də Polşanın Konstitusiya Məhkəməsi Avropa qanun­larının Polşanın konstitu­siya normalarından üstün olmasının uyğunsuzluq yaratdığı barədə qərar qəbul etmişdir. Qərar bir qanunun digərindən üstün olması­nın yoxlanması ilə bağlı məhkəməyə müraciət daxil olduqdan sonra qəbul edib. Müraciət mart ayında Baş nazir Mateuş Moravetski tərəfindən göndərilmişdi.

Polşanın Nazirlər Kabinetində hesab etmişdilər ki, Aİ məhkəməsinin Avropa qanunlarının ölkə konstitusi­yasından üstünlüyünü təsdiq etmək səlahiyyəti şişirdilib. Avropa Komissiyası isə, öz növbəsində, Avropa İttifaqı normalarının üstünlüyünü qoruyacağını bildirib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

26 Oktyabr 2021 00:46 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə