Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Soylu: Ankara və Bişkek təhlükəsizlik üzrə razılaşma imzalaycaq

 

Dünən İstanbulda Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ilə onun qırğızıstanlı həmkarı Ulan Niyazbəyov görüşüblər. Nazirlər iki ölkə arasında əməkdaşlıq sahəsində əlaqələrin mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Görüş ərəfəsində Türkiyənin Daxili İşlər naziri jurnalistlərə bildirib ki, Türkiyə və Qırğızıs­tan rəsmiləri təhlükəsizllik sahəsində tezliklə saziş im­zalayacaqlar. Onun sözlərinə görə, sənəd, demək olar ki, hazırdır, yalnız kiçik əlavə düzəlişlərə ehtiyac var.

Süleyman Soylu həmçinin vurğulayıb ki, Türkiyə hökuməti son illər regionda və bütün dünyada miqrasiya, kibercinayətkarlıq, narkotika ticarəti və terrorizmə qarşı mübarizə ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslər çox sayda ölkələr, o cümlədən dost və qardaş Qırğızıstan hökuməti tərəfindən tam dəstəklənir.

Qırğızıstanın Daxili İşlər naziri Ulan Niyazbəyov, öz növbəsində qeyd edib ki, rəsmi Bişkek qardaş Türkiyə ilə hərtərəfli əlaqələrin gücləndirilməsinə böyük önəm verilir. O, Cənubi Kore­yadan səfərdən qayıdarkən həmkarı Süleyman Soylu ilə görüşmək üçün məxsusi olaraq İstanbul marşrutunu seçdiyini vurğulayıb. Yeri gəlmişkən, nazirlərin görü­şü bağlı qapılar arxasında keçib.

Bu günlərdə Qırğızıstan dövləti başqa bir məsələ ilə də gündəmdə olub. Belə ki, ölkə Prezidenti Sadır Japa­rov jurnalistlərə açıqlama­sında vurğulayıb ki, Bişkekin Qırğızıstanda ABŞ-ın hərbi bazasını açmaq niyyəti yoxdur və bu barədə yayılan xəbərlər əsassızdır. Dövlət başçısı sonra deyib ki, Qır­ğızıstan ərazisində hazırda Rusiyanın hərbi bazası var və bu, bizim bəsimizdir.

M.HACIXANLI, “Xalq qəzeti”

26 Oktyabr 2021 00:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə