Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” növbəti dəfə uyğunluq sertifikatına layiq görülüb

 

 

ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin “De­netik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri” şirkətinin keçirdiyi sertifikatlaşdırma auditi “Azercell”in antikorrupsiya proq­ramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib. Növbəti dəfə ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğun­luq sertifikatı ilə təltif olunub.

Artıq bir neçə ildir ki, “Azercell Telekom” MMC xüsusi antikorrupsiya proqramını icra edir. Proqram şirkətin bütün fəaliyyət istiqamətləri üzrə kor­rupsiyanın qarşısının alınmasına xidmət etməklə yanaşı, həmçinin etik davranı­şın təbliğini, bu yöndə əməkdaşlar üçün təlimlərin təşkilini nəzərdə tutur. Qeyd olunan standartların tələblərinə maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılma­sı, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes subyektlərinin uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir.

Sertifikatı təhvil alan “Azercell”in Hü­quq, Etika və Komplayens departamen­tinin direktoru Şirin Əliyeva şirkətdə an­tikorrupsiyaya dair proseduralara ciddi riayət edildiyini vurğulayıb: “Şirkətimizdə korrupsiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin detallı dəyərləndirilməsi “Azercell”in beynəlxalq müstəvidə etibarlı və yüksək korpora­tiv mədəniyyətə malik olan bir şirkət olduğunu sübut edir. Xatırladım ki, ötən il şirkətimiz Azərbaycanda bu sertifikatı əldə edən ilk mobil operator oldu və bu il sertifikatı təsdiqləmək üçün yenidən beynəlxalq ekspertlərin apardığı daxili yoxlamanın bütün mərhələlərindən uğurla keçərək yeni sertifikatla təltif olundu.”

Qeyd edək ki, ISO 37001 standartla­rı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə yaradı­lıb və korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.

“Xalq qəzeti”

26 Oktyabr 2021 00:35 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Noyabr 2021 | 10:34
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə