Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yeri tutub

 

 

Oktyabrın 22-də Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2021-ci il üzrə Avropanın Aparıcı Mədəni destinasiyası və Avropanın Aparıcı Ekskursiya destinasiyası nominasiyalarında birinci yerə layiq görülüb.

Dövlət Turizm Agentliyindən verilən məlumatda bildirilir ki, qaliblərin elan olunması mərasimi virtual formatda keçirilib.

Qlobal turizm və səyahət sənayesinin ən nüfuzlu mü­kafatlarının qalibi olmaqdan məmnun olduqlarını qeyd edən Azərbaycan Turizm Bü­rosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Azərbaycan ekskursiya və mədəni turizm üçün ideal destinasiyadır: “Biz bütün bu gözəllikləri kəşf etmək üçün səfər edəcək turistləri ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.

Baş icraçı direktor Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin tu­rizmin inkişafı istiqamətində yeni səhifə açdığını, Qaraba­ğa xas turizm məhsullarının inkişaf etdirilməsinin, həmçinin bu regionda daxili və beynəlxalq turistlər üçün təcrübə və infrastruktu­run təkmilləşdirilməsinin ATB-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğu­nu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycanın zəngin mədəni müxtəlifliyi, tolerant­lıq və multikulturalizm kimi dəyərlərinin turistlər arasında təbliğ edilməsi Azərbaycan Turizm Bürosunun əsas fəaliyyət istiqamətlərindən biridir.

ATB YUNESKO-nun mədəni və qeyri-maddi irs siyahısında olan mədəni və tarixi abidələrin təbliğatı, eləcə də dayanıqlı və ekoloji turistik məhsulların hazırlanması istiqamətində çoxsaylı layihələr həyata keçirməkdədir.

Bunlar arasında Qafqaz dağlarında piyada turizm marşrutlarının işarələnməsi, “Slou Fud” konsepsiya­sı çərçivəsində orqanik məshulların üzə çıxarılması, ornitoloji turizm (quşların müşahidəsi), həmçinin inf­rastruktur layihələri var.

“Xalq qəzeti”

26 Oktyabr 2021 00:33 -

Köhnə versiyamızdan xəbərləri izlə