Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubarı bitmiş Qubadlını xoşbəxt günlər gözləyir

Birinci ildönümünü qeyd etdiyimiz 44 günlük müharibə ilə biz yalnız işğalçıları “iti qovan kimi” qovmadıq, bir çox mətləblərə aydınlıq gətirdik, işğalın, işğalçıların anatomiyasını üzə çıxardıq: Ermənistan, bütövlükdə dünya erməniliyi 44 günün sonunda təkzibolunmaz faktlarla üz-üzə qaldı.’

Ermənilik nədir?

Bəllidir ki, işğal altındakı ərazilərimizdə 30 ilə yaxın detallı müşahidə, çəkiliş, yazılış, qeydiyyat aparmaq imkanlarımız ya olmayıb, ya çox uzaqdan, çətinliklə və qismən olub. Torpaqlarımız azad olunduqdan sonra erməniliyin iç üzü gözümüz önündədir, qeydiyyat aparırıq, onu çəkirik, görürük, göstəririk, yayırıq. Deyirik ki, müharibənin də bir qaydası – qanunu var. Bizim müharibədə qızıl ləyaqət göstərən ölkə olaraq, üzümüz ağdır. Erməni, sən isə qəbir dağıdansan, sümük çıxaransan, ev yıxansan, ocaq söndürənsən, van­dalsan, bizim torpaqlarda canlı – cansız nə varsa, özünə düşmən bilənsən. Sən erməni, Tanrının və insanın yaratdıqla­rına qarşı dözümsüzsən, yalnız bir şey bilirsən: öldür, dağıt, sök, yıx, yandır, özününküləşdir, özgələşdir...

Ağlı olan Tanrının yaratdıqlarına, müqəddəs kitabların öyrətdiklərinə, peyğəmbərlərin öyüdlərinə qarşı çıxıb, sonra da özünü ən qədim, ən dindar, ən xristian, ən mədəni xalq adlandırar­mı? Dindar bilmirmi ki, qan-qada ilə, haqsızca başqasına məxsus olanlara yiyə durmağın sonu yoxdur. Bəyəm Qubadlını, Zəngilanı... külli – Qarabağı dağıdan ermənilər xoşbəxtdirmi? Qara­bağda döyüşmüş “ən xoşbəxt” erməni, ya yanaşı xəstəliklərdən əziyyət çəkir, ya şikəstdir, ya ailəsi bərbaddır, ya uşaqları ölkə üzünə qoyulası deyil, ya da... – nə qədər saysan, qurtarmaz. Qarabağ­da bizimkilərin alın təri, əl əməyi, göz nuru ilə qurub yaratdıqlarını dağıdıb, öz xarabalarına aparan ermənilərin sırasın­da tək bir xoşbəxt varsa, göstərsinlər. O evlər yanıb, o evlər uçub, o evlər sakinlərinə zindandır, o evlərdə yeyilənlər zəhərdir, o evlər boşdur... Əgər başqa cürsə, onda kainatın ruhu pozulmuş olar. Başqa cürdürsə, təbiətin nizamı pozulub deməkdir. Biz indi durub kainatın, təbiətin, inkişafın yüksək qanunlarınamı inanaq, yoxsa erməni xoşbəxtliyi yalanlarınamı?..

Sən, erməni, vicdan, insaf nədir, bilməzsən! Və əlbəttə, mən bunu ağlaş­ma ilə demirəm, deyirəm ki, bitdi sənin oyunun, vandallığın. Nə edə bilərdinsə, onun ən yüksəyini, daha doğrusu, alça­ğını etdin və bitdi! Kainatın ruhu, Tanrının lütfü, dövlətimizin qüdrəti, dövlət başçı­sının siyasi iradəsi, dövlət – xalq birliyi, ordumuzun fədakarlığı sənin belini qırdı, sənin çirkin planlarını pozdu.

Dünyada elə bir xalq göstərin ki, ermənilərin Qarabağda, Xocalıda etdiklərini etmiş olsun. Örnəyi faşist Al­maniyasımı? Onların etdikləri ermənilərin etdiklərinin yanından yel olub keçərmi? Almanlar keçmiş SSRİ-nin ərazilərini tutanda Qarabağda ermənilərin etdiyi kimi qəbir dağıtmayıb, sümük çıxarma­yıblar. Onlar Ukrayna, Belarus, Rusiya Federasiyası və başqa ərazilərdəki abidələri hədəf almayıb, yaxud “bun­lar almanlara məxsusdur” deməyiblər. Almanlar məscidə, kilsəyə, sinaqoqa donuz və ya başqa heyvanmı doldurur, ibadətgahlarımı dağıdırdı? Onlar ucdan­tutma mülki əhalini qırıb çatıb, dərisini soyub, atanın yanında qızın, ərin yanında xanımının, qardaşın yanında bacının, oğulun yanında ananın izzəti – nəfsinəmi toxunurdu? Almanlar hamilə qadının qarnını yarıb, ora diri pişik balalarımı doldururdu? Bəlkə Quqarkdakı kimi, iri borunun içinə “düşmən” (azərbaycanlı) uşaqlarını doldurub, borunun ağzını qaynaq edirdilər?! Yoxsa əsir – girovların başına ermənilərin azərbaycanlı əsir – gi­rovların başına açdığının yüzdə biri qədər oyun açırdımı almanlar? Mən alman əsirliyindən qayıtmış insanla da (Allah ruhunu oxşasın, indi haqq dünyasın­dadır) danışmışam, erməni əsirliyindən gələnlərlə də! Əsla, müqayisə edilə bilməz, əsla! Dünyada, ermənilərdən betər erməni yoxdur!

Biz almanların etdiklərinə bəraət qazandırmırıq, əlbəttə. Ancaq unutmayaq ki, almanlar öz faşistlərinin etdiklərini etiraf edib, üzr istəyib, faşizmdən imti­nanı rəsmiləşdirib, faşizm qurbanı olan yəhudilərin ailələrinə yüklü təzminat ödəyib. Erməni, sən isə almanların imtina etdiyi faişizmi dirildib, inkişaf etdirərək daha qəddar formada tətbiqata keçmisən! Hazırda üzr istəmək, fazişimdən, vandalizmdən rəsmən imtina etmək, təzminat ödəmək kimi bir fikrin də yoxdur. Odur ki, xalq deyilsən, vəhşi qəbiləsən, bəlkə heç o da deyilsən...

Qubadlı əməliyyatı

44 günlük müharibənin gedişində Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20- də azad olunandan sonra hərbi qayda ilə də, məntiqlə də növbəti azadetmə əməliyyatının Qubadlı ilə bağlı olacağı gün kimi aydın idi. Dəqiq kəşfiyyat bilgilərinə malik Silahlı Qüvvələrimizə məlum idi ki, Ermənistan silahlı qüvvələri şəhərdə güclü istehkamlar qurub. Qubadlının yüksəkliklərində düşmənin hərbi birləşmələrinin sıx yerləşdiyi də bəlli idi. Düşmən anlayırdı ki, Qubadlının azad olunması onların Laçından da qovulması üçün gerçək və qarşısıalınmaz zəmin yaradır; ona görə də, ən son döyüş imiş kimi dirənir, vuruşur, bizim bölmələrin geri çəkilməsinə nail olmaq istəyirdi. Qubadlıda dönüşə nail olsalar, bütün cəbhə boyu əvəzçıxmaya başlaya biləcəklərini düşünürdülər.

Əlbəttə, Qubadlı əməliyyatı fədakarlıq və xüsusi peşəkarlıq tələb edirdi. Qu­badlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi – düşmən bizim hərbçilərimizə bu yüksəkliklərdən davamlı olaraq atəş açırdı. Əcdadımızın şanlı hərb ənənələrini və çağdaş elektron hərbin imkanlarını universal şəkildə birləşdirib, tətbiq edən Azərbaycan Ordusu, bax, bu fədakarlığı, peşəkarlığı göstərdi. İlk növbədə şəhərə hakim olan yüksəkliklər götürüldü. Sonra çevrədə yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri azad edildi. Nəhayət, strateji yüksəkliklər tutulduqdan sonra müzəffər ordumuz şəhəri düşməndən təmizlədi. Ən yeni tariximizə yeni qızıl gün yazıldı: 25 oktyabr 2020-ci il!

“Qubadlının azad olunmasına görə”

Göründüyü, bilindiyi və yazıldığı kimi, Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycanın mərd oğulları Qubadlı üçün canını verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma el – obası uğ­runda döyüşlərdə qəhrəmancasına həlak olmuş fədakar oğullarımız da vardır. Ruhlarına alqış! Qubadlı şəhərinin azad olunmasından bir ay sonra – 26 noyabr 2020-ci ildə Azərbaycan Respublikası­nın yeni dövlət təltifi – “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı ra­yonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15 min 189 hərbi qulluqçumuz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə həmin medalla təltif olundu.

Qubarı bitmiş Qubadlı

Respublikamızın cənub–qərbində yerləşən Qubadlı rayonu günbatandan 120 kilometr məsafə boyu (Ermənistan Respublikasının ərazisi kimi tanınan tarixi Azərbaycan torpaqları) Zəngəzurla, şi­maldan Laçın rayonu, Xocavənd rayonu, gündoğandan Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə sərhəd ortağı­dır. Kəndlərin çoxu Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə, rayon­da 79 min 812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14 min 956 hektar əkin, 850 hektar çoxillik bitki, 631 hektar biçənək, 17 min 192 hektar örüş – otlaq, 543 hektar həyətyanı, 13 min 160 hektar meşə, 582 hektar bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və digər çaylar) axır. İşğal­dan öncə Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.

Qubadlıda itirdiklərimizə dair

Qubadlının işğalı nəticəsində rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərərə diqqət edək: Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən (əlbəttə, havadarları­nın hərbi-siyasi dəstəyi ilə) işğal olunub. İşğalla: 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız duruma salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 kilometr avtomobil yolu, 2 su anbarı, 150 kilometr magistral su xətti, 4830 kilometr elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası (və transformatorlar) tamamilə dağıdılıb. İşğal nəticəsində rayondan 29 min 997 nəfər məcburi köçkün respub­likanın müxtəlif yaşayış məntəqələrində keçici olaraq yerləşdirilib.

Bərabərdir “sıfır”

Biz Qubadlıda itirdiklərimizi sıralama­ğa çalışdıq. Bir də Ermənistanın itirdikləri var, əlbəttə. Onlar Qubadlı əllərində olarkən də, Qubadlı əllərindən çıxarkən də itkilərə uğradılar. Onların ən böyük itkisi Azərbaycanın etibarı oldu! Onların bizim etibarımızı, güvənimizi qazanmaları uzun – uzun qərinələrə qaldı... Onlar yal­nız Qubadlıya, yalnız Dağlıq Qarabağa deyil, öz ağıllarınca (ağılsızlıqlarınca) külli – Qarabağa və həm də Azərbayacana yiyələnmək, Qafqaza sahiblənmək istəyi ilə “Dənizdən – dənizə böyük Ermənistan”a “yol” almışdılar. Bədbəxtlər qanmadı ki, bu yol yox, yolsuzluqdur... Əgər Azərbaycanın “dəmir yumruğ”undan sonra da ayılmasalar, bu vəhşi qəbilənin gələcəyi sıfıra bərabərdir!

Bir daha Ermənistanın hərbi cinayətləri

Ermənistan silahlı qüvvələri Qubad­lının Xanlıq qəsəbəsində hərbi istehkam (hərbi baza) qurmuşdu. Xanlıqda qanun­suz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada yerləşdirilmişdi və bu da işğalın nəticələrindən sui -istifadə və sırf müharibə cinayəti idi. Cenevrə konvensiyalarını yada sa­laq. 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda qəbul edilmiş, 1977 və 2005-ci illərdə yeni pro­tokollar əlavə edilmiş Cenevrə Konven­siyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Öncələr Cenevrə Konvensiyalarının digər bəndlərini də (“Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılma­sı haqqında”, “Hərbi əsirlərlə rəftar haq­qında”, “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında”) pozmuş olan Ermənistan, xaricdən gələn ermənilər üçün (xaricdə yaşayan ermənilərin vəsaiti ilə) Xanlıqda qəsəbə salmaqla cinayətin, qanunsuzluğun ondan ötrü adi “norma” olduğunu göstərib...

Ali Baş Komandan Qubadlıda!

23 dekabr 2020-ci ildə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı və dedi: “Qubadlı əməliyyatının çox bö­yük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu. Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu”.

Bir sözlə...

Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Prezident İlham Əliyevin Zəngilan şəhərinin azad olunması günü münasibəti ilə Zəngilanda ra­yon ictimaiyyətinin nümayəndələri ilə görüşündə (20.10.2021) dediyi sözü xatlırlatmaq istərdim: “Azad edilmiş hər bir şəhərin azad olunma günü tarixi Zəfər günüdür”! Bəli, 27 sentyabrda azad etdiyi­miz ilk kəndlərin (Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlının (Füzuli rayonu), Böyük Mərcanlı, Nüz­garın (Cəbrayıl rayonu)), eləcə də, Ağdərə və Murovdağ istiqamətindəki yüksəkliklərin, sonrakı günlərdə azad edilmiş Suqovuşanın, Talışın, Cəbrayıl şəhərinin, Ağoğlanın (Hadrutun), Füzuli şəhərinin, Zəngilan şəhərinin, Qubadlı şəhərinin də... – hamısının azad olun­ması zəfər günü, şan – şərəf günü, qürur günümüzdür! Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni daha da yaxın­laşdırdı.

Qubadlının azadlığı uğrunda şəhid olmuş hərbçilərimizin, ümumən bütün Azərbaycan şəhidlərinin əziz ruhu qarşı­sında dərin ehtiramla baş əyirəm! Onların sırasında mənim əzizim – Azərbaycan Silahlı Qüvvələrinin giziri, cəsur tankçı Ci­lingir də var (Cilingir Azad oğlu Nəbiyev; 18.01.1996, Tovuz – 27.10.2020, Qubad­lı)... Yaralı qazilərimizə şəfa, müharibənin bütün iştirakçılarına möhkəm can sağlığı diləyirəm!

Əkbər QOŞALI

26 Oktyabr 2021 00:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə