Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərpa və quruculuq işləri Azərbaycanın gücünü göstərir

 

 

Azərbaycan xalqı ötən günlərdə Cəbrayıl, Hadrut, Füzuli şəhərləri və başqa ərazilərimizin erməni işğalından xilasının ildönümünü böyük fərəh və qürurla qeyd etdi. Bu tarixlər həm də onuna əlamətdar oldu ki, adları çəkilən şəhərlərimizin işğaldan azad olunmasının ildönümündə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev o bölgələrə səfər edərək, misilsiz qələbəmizin əhəmiyyətini vurğuladı, yaranan yeni reallıqların bir daha dəyişməyəcəyini dosta da, düşmənə də bildirdi. Əlbəttə, dövlət başçısının həmin ərazilərə müntəzəm səfərləri reallıq hissini itirənləri mütləq ayıtmalıdır və ayıldır.

Bu fikirləri söhbətində “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər bildirdi. O daha sonra dedi: “Prezident İlham Əliyevin işğal­dan azad edilən rayonların ictimaiyyət nümayəndələri ilə səmimi görüşlərində səsləndirdiyi fikirlər, verdiyi mesajlar çox mühüm və əhəmiyyətlidir. Dövlət başçı­sının oktyabrın 21-də Zəngilan rayonuna səfəri zamanı yerli ziyalılarla görüşündə etdiyi çıxış zamanı vurğuladığı məqamlar da bu sırada istisna təşkil etmədi. Hər halda, diqqətli vətəndaşlarımız fərq edirlər ki, Prezident işğaldan azad olunmuş şəhər və rayonlara səfəri zamanı, ilk növbədə, həmin ərazilərin tarixindən, relyefindən, təbii gözəlliklərindən, zənginliklərindən bö­yük şövqlə danışır. Dövlət başçısının otuz ilə yaxın müddətdə işğal altında olmuş rayonlarımızın ermənilər tərəfindən da­ğıdılmış infrastrukturu haqda ətraflı bəhs etməsi onu göstərir ki, cənab Prezident o ərazilərin bütün sahələr üzrə vəziyyəti barədə, hətta xırda təfərrüatlarına qədər məlumatlıdır. Odur ki, dövlətimizin başçısı düşməndən təmizlənən yaşayış sahələrinin yenidən qurulması barədə danışarkən, görüləcək işlərlə bağlı verdiyi tövsiyə və tapşırıqlarda bütün detalların nəzərə alındığı açıq görünür”.

Aqil Ələsgər söhbət zamanı Prezident İlham Əliyevin Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə rayo­nun dəqiq hazırlanmış plan əsasında bərpa ediləcəyini, zəruri infrastruktur layihələrinin yüksək texnologiyalara əsaslanaraq və maksimum keyfiyyətlə həyata keçiriləcəyini bildirdiyini də vur­ğuladı: “Dövlət başçısı çıxışında vaxtilə Azərbaycanın mühüm nəqliyyat qovşağı olmuş Zəngilanda nəqliyyat infrastruk­turunun, xüsusilə, Mincivan dəmir yolu stansiyasının bərpası haqda mühüm fikirlər səsləndirdi. Eyni zamanda, cənab Prezident Zəngəzur dəhlizinin də həmin ərazilərdən keçdiyini xüsuslə vurğuladı. Həqiqətən, çox sevindirici haldır ki, ölkə rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycan Zəngəzur dəhlizi ilə əlaqədar öz istədiyinə nail olub, Zəngilandan Naxçıvana, oradan isə Türkiyəyə və davamında Avropaya yol açılacaq”.

Müsahibim söhbətinin sonunda dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşü zamanı artıq Zəngilan üçün yeni dövr başladığı, şəhərin baş planının yaxın aylarda hazır olacağı barədə fikirlərini də xatırlatdı. Qeyd etdi ki, hazırda Zəngilanda kəndlərin bərpası istiqamətində fasiləsiz işlər görülür. İşğaldan azad olunmuş ərazilərdə ilk “Ağıllı kənd”in məhz bu rayonda salınma­sı da o ərazilərin strateji əhəmiyyətinin göstəricisidir. Əlbəttə, möhtərəm Prezi­dentin çıxışındakı ən vacib məqamlardan biri də zəngilanlıların, nəhayət, öz dədə-baba yurdlarına qayıtması ilə bağlı dedikləri oldu. Fikrimcə, ölkə rəhbərinin zəngilanlıların ola bilər ki, bu ilin sonundan etibarən öz yurdlarına qayıdışa başla­yacaqlarını bəyan etməsi onlar üçün ən böyük, ən sevincli müjdədir.

Söhbəti qələmə aldı: V.BAYRAMOV,

“Xalq qəzeti”

26 Oktyabr 2021 00:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə