Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın bir qrup dini icma rəhbəri Multikulturalizm Mərkəzində olub

 

 

ABŞ-ın Los-Anceles şəhərinin bir qrup dini icma rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Mərkəzin icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modelinin üstünlükləri, “Bakı prosesi”, eləcə də rəhbərlik etdiyi qurumun yeddiillik fəaliyyəti dövründə həyata keçirilən layihələr və 10 ölkədə fəaliyyət göstərən filiallarının fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edilib ki, Azərbaycan multikultura­lizm və tolerantlıq sahəsində bütün dünyaya nümunədir, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığı­na malikdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar multikulturalizm və tolerantlıq ənənələrinin insanları yaxın­laşdıran, birləşdirən vacib amil olduğunu və dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikul­turalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vur­ğulayıb. Qeyd edilib ki ki, Azərbaycan öz nümunəsi ilə digər ölkələri həvəsləndirir və onun təcrübəsinin istifadə olunması zəruridir. Qonaqlar ölkəmizə “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı” layihəsi çərçivəsində regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, sülhün bərqərar olması və digər prioritet məsələlər üzrə əməkdaşlıq və iş birliyi üçün müzakirələr aparmaq niyyəti ilə gəldiklərini deyiblər. İşğaldan azad olun­muş ərazilərə və ölkəmizdə kompakt şəkildə yaşayan etnik azlıqların yaşadığı bölgələrə gedəcəklərini vurğulayan qo­naqlar Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq, mövcud reallıqlar şəraitində re­gionun inkişafına töhfə vermək istədiklərini diqqətə çatdırıblar.

Sonda qonaqlara Mərkəzin ingilis dilində nəşr etdiyi kitab­lar hədiyyə olunub.

26 Oktyabr 2021 00:13 -

Köhnə versiyamızdan xəbərləri izlə