Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb

 

 

Oktyabrın 25-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Vüqar Süley­manov Vladanka Andreyevanı təyinatı münasibətilə təbrik edib, ölkəmizdə fəaliyyəti dövründə uğurlar arzulayıb.

İşğaldan azad edilən ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları, dövlətin prioritetlərinə əsasən plan­laşdırılan layihələr, eləcə də mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilmə proqramı çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat təqdim olunub.

Görüşdə Azərbaycanda həyata keçirilən humani­tar minatəmizləmə sahəsində ANAMA ilə BMT arasın­da mövcud olan sıx əməkdaşlıq tarixçəsi vurğulanıb. Həmçinin, mina qurbanlarına yar­dım, beynəlxalq standartlar əsasında milli minatəmizləmə standartlarının təkmilləşdirilməsi və partlayıcı sursat­ların təhlükəsinə dair maarifləndirmə fəaliyyətinə mümkün dəstəyin göstərilməsinə dair müzakirələr aparılıb.

BMT-nin rezident əlaqələndiricisi minatəmizləmə istiqamətində görülən işlərin həcmindən təsirləndiyini və müzakirə edilmiş mövzular üzrə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Samirə ƏLIYEVA,

“Xalq qəzeti”

26 Oktyabr 2021 00:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə