Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gilavar” şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə. Dəmirçizadə 7 ünvanında fəaliyyət göstərən “Gilavar” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

"Xalq qəzeti"

25 Oktyabr 2021 17:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Noyabr 2021 | 16:14
Sabaha olan hava PROQNOZU
27 Noyabr 2021 | 18:04
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə