Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxana Nəcibə Məlikovanın 100 illiyinə həsr olunmuş virtual sərgi hazırlayıb

Oktyabrın 25-də milli kinomuzun və teatr sənətimizin inkişafında müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 100 illiyi tamam olur. O, klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarda müxtəlif rollar oynayıb. Nəcibə xanım teatrla yanaşı kinoda da uğurlu rollar yaradıb, onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilir.

Xalq artistinin 100 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Nəcibə Məlikova – 100” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə görkəmli aktrisanın həyat və yaradıcılığı haqqında kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Necibe_Melikova_100/index.htm linkindən istifadə edə bilərlər.

"Xalq qəzeti"

25 Oktyabr 2021 12:33 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə