Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM: Test imtahanında uğur qazanmış namizəd noyabrın 5-dək müraciət formasını doldurmalıdır

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanında uğur qazanmış namizəd sertifikatını əldə etmək üçün oktyabrın 25-dən noyabrın 5-dək Dövlət İmtahan Mərkəzinin (DİM) portalında müraciət formasını doldurmalıdır.

DİM-dən bildirilib ki, namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə təqdim etməlidir.

"Xalq qəzeti"

25 Oktyabr 2021 12:27 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə