Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan boksçuları Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayırlar

Azərbaycan boksçuları oktyabrın 25-də Serbiyanın paytaxtı Belqradda start götürən dünya çempionatında mübarizəyə başlayırlar.

 "Xalq qəzeti" xəbər verir ki, mundialda 9 boksçumuz iştirak edir. Bu gün təmsilçilərimizdən yalnız Ümid Rüstəmov rinqə çıxacaq. Onun ilk döyüşdəki rəqibi kubalı Osvel Kaballero Qarsia olacaq.

Oktyabrın 26-da Məsud Yusifzadə (51 kq), Malik Həsənov (63,5 kq), Rauf Rəhimov (92 kq) mübarizəyə qoşulacaqlar. Oktyabrın 27-də Tayfur Əliyev (60 kq), Alfonso Dominqes (66 kq), ayın 28-də Məhəmməd Abdullayev (+92 kq), bir gün sonra Sərxan Əliyev (71 kq), oktyabrın 30-da isə Mirşərif Kazımzadə (75 kq) turnirdə ilk qarşılaşmalarını keçirəcəklər.

İlk dəfə 13 çəki dərəcəsində keçirilən dünya çempionatında 105 ölkədən 650 boksçu mübarizə aparır. Noyabrın 6-dək davam edəcək mundialın ümumi mükafat fondu 2,6 milyon dollardır.

25 Oktyabr 2021 12:09 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə