Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərmərə dənizində iki yük gəmisi toqquşub

Mərmərə dənizində iki yük gəmisi toqquşub. Gəmilərdən birinin zədələndiyi və su buraxmağa başladığı, hər iki laynerin Çanaqqalanın Lapseki rayonuna aparıldığı bildirilir.

 "Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, qəzaya uğrayan "Benitamou" gəmisi Ukraynadan Çinə, "BC Vanessa" adlı gəmi isə Bolqarıstandan Misirə doğru hərəkət edirmiş. Qəza Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonu ilə Tekirdağın Şarköy rayonları arasındakı Doğanarslan bölgəsində baş verib.

Hadisənin bölgədəki qatı duman səbəbindən baş verdiyi ehtimal edilir.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.

24 Oktyabr 2021 14:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
3 Dekabr 2021 | 07:32
İqtisadiyyat artıb

Köhnə versiyamızdan xəbərləri izlə