Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həftənin ən yaxşısı

 

Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 3-cü turu­nun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Məlumata görə, bu ada Norveçin “Bodo Qlimt” komandasının hü­cumçusu Erik Botheym layiq görülüb. 21 yaşlı forvard doğ­ma meydanda İtaliyanın “Roma” komandasına 6:1 hesabı ilə qalib gəldikləri matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına “Anortosis”dən (Kipr) Rauno Sappi­nen, “Makkabi”dən (Təl-Əviv, İsraill) Qabi Kaniçovski və “Feyenoord”dan (Niderland) Brayan Linssen də namizəd idi.

Xəbəri “goal.com” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

24 Oktyabr 2021 01:02 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə