Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladimir PUTIN: Rusiya İsraillə əməkdaşlığın genişlənməsində maraqlıdır

 

Rusiya Prezidenti Vladimir Putin Soçidə İsrailin Baş naziri Naftali Bennet ilə görüşüb. İsrail hökumətinin başçısı iki ölkə arasında çox əhatəli danışıqların getdiyini bildirib. Məlumatı “İzvestiya.ru” verib.

Bennet deyib: “Rusiya regionda çox vacib oyunçudur. Bu ölkə, eyni zamanda, bizim şimal qonşumuz hesab oluna bilər. Ona görə də ölkələrimiz arasında münasibətlər gündəlik və stratejidir. Biz Soçidə Putinlə onun yəhudilərə münasibətindən tutmuş fundamentalizmlə mübarizəyə qədər məsələlərin çox geniş spektrini müzakirə etdik”.

Hökumət başçısı qeyd edib ki, İsrail və Rusiya arasında münasibətlər iki xalqın zəngin keşmişinə əsaslanır. O, rusların İkinci Dünya müharibəsi zamanı nasistlərin kapitulyasında həlledici rol oynadığını bildirib: “Bu tarixi yaddaş silinməməli, nəsildən-nəslə ötürülməlidir”.

Rusiya Prezidenti isə, öz növbəsində, ikitərəfli dialoqun vacibliyini bəyan edib. Onun sözlərinə görə, bunu vacib edən İsraildə bir milyondan artıq rusdilli əhalinin yaşaması, onların bir hissəsinin İkinci Dünya müharibəsinin veteranları olmasıdır.

Putin ümidvar olduğunu deyib ki, Bennet hökuməti İsrailin sabiq Nazirlər Kabinetinin formalaşdırdığı strateji münasibətləri davam etdirəcək və Rusi­ya-İsrail ticarət dövriyyəsinin artırılması kursunu götürəcək. Rusiya lideri əlavə edib ki, 2021-ci ilin yeddi ayı ərzində iki ölkə arasında xarici ticarət balansı 50 faiz artıb.

Prezident Rusiyanın yüksək texno­logiyalar və regiondakı problemlərin birgə həlli sahələrində də İsraillə əməkdaşlıqda maraqlı olduğunu bəyan edib. Onun fikrincə, Rusiya və İsrail müharibədən sonrakı dönəmdə Suri­yada infrastrukturun bərpası, xüsusilə terrorizmlə mübarizə və bir sıra digər problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərməlidir.

Naftali Bennet və Vladimir Putin arasında danışıqlar 5 saat davam edib. İsrail tərəfinin verdiyi məlumata görə, görüş səmimi və pozitiv keçib.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2021 | 10:10
Avtomobil istehsalı azalıb
1 Dekabr 2021 | 10:01
Krımda qasırğa

Köhnə versiyamızdan xəbərləri izlə