Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Angela Merkelin varisi məlum oldu

Almaniya Bundestaqına bu yaxınlarda keçi­rilmiş seçkilərdə koalisiya şəklində çıxış edərək qalib gəlmiş alman sosial-demokratları (ASDP), azad demokratlar (ADP) və “yaşıllar” dekabrın ortalarında yeni hökumət formalaşdıracaqlar. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.

Yeri gəlmişkən, Angela Merkelin varisi olan yeni kansle­rin adı da artıq məlumdur. Bu, sosial-demokrat Olaf Şoltsdur. O.Şolts formal baxımdan dekabrın 6-da seçiləcək və buna heç bir şübhə yoxdur.

Qeyd edək ki, Olaf Şolts 1958-ci ilin iyunun 14-də Osnabr­yuk şəhərində anadan olub. 2018-ci ildə bir neçə ar ərzində Almaniya Sosial Demokrat Partiyasının sədri vəzifəsini icra edib. Həmin ilin martından Almaniyanın Vitse-kansleri və eyni zamanda Maliyyə naziridir.

Almaniya hökumətin formalaşması qrafiki koalisiya danışıq­larından əvvəl təqdim ediləcək. Gələn həftə ekspert-siyasətçilər birgə dövlət proqramı üzərində işə başlamalıdırlar. Sonra koa­lisiyanın ayrı-ayrı üzvləri hər gün (istirahət günlərindən başqa) görüşərək ayrı-ayrı istiqamətlər üzrə sənədlərin layihələrini hazırlayacaq və müzakirə edəcəklər.

Bu proses noyabrın 10-na qədər davam edəcək. Əsas da­nışıq qrupu qarşıya çıxan sualların təfərrüatını nəzərə almaqla həmin sənədlərə son düzəlişləri edəndən sonra və noyabrın sonuna qədər koalisiyaların sazişini təqdim etməlidir.

Angela Merkel isə bu il oktyabrın 10-da Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində Almaniya Kansleri sta­tusunda sonuncu dəəfə iştirak edib. Maraqlıdır ki. Almaniya hökumətinə başçılıq etdiyi 16 il ərzində Merkel Aİ-nin ən azı 107 sammitinə qatılıb.

Xəbərdə həmçinin qeyd olunur ki, A. Merkel sammitdə Avropa qitəsində hazırkı enerji böhranı ilə bağlı beş saat davam edən müzakirələrdə rəsmi Berlinin mövqeyini müdafiə etməyə çalışıb.

Sonda xatırladaq ki, Almaniya Aİ ölkələrində bərpa olunan enerji mənbələrinin sayının və onların istehsal güclərinin kəskin artırılması tələbi ilə çıxış edir.

M.HACIXANLI,

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:55 -

Köhnə versiyamızdan xəbərləri izlə