Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı rejissorun filmi Amerikada mükafat aldı

“Yaradanlar” filmi Mədəniyyət Nazirli­yinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Rejissor Şamil Əliyevin bu bədii-sənədli filmi ABŞ-ın Florida ştatında keçirilən “Only the best film awards” beynəlxalq festivalında ən yaxşı sənədli film mükafatına layiq görülüb.

Qeyd edək ki, “Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar.

Qeyd edək ki, “Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub. Filmin ssenari müəllifi Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodü­seri Nazim Hüseynovdur.

“Yaradanlar" filmi bu ilin iyulunda İtaliya­nın Neapol şəhərində keçirilən "Vesuvius İn­ternational Film Festival 2021"in münsiflərinin də xüsusi mükafatına layiq görülüb.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:53 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə