Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU əməkdaşları elmi-praktik konfransda iştirak ediblər

 

 

Lənkəran şəhərində Azərbaycan Milli Kulinariya Mərkəzi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın cənub bölgəsinin mətbəx mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, Konfrans iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını və ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbirdə Azərbaycan Turizm və Me­necment Universitetinin mehmanxana və restoran biznesi kafedrasının əməkdaşları – pedoqoji elmlər namizədi, dosent N.Quliyev və dosent Ç.Əliyevin çıxış və məruzələri iştirakçılar tərəfindən maraqla qarşıla­nıb. Xatırladaq ki, elmi-praktik konfransın gündəliyinə ATMU-nun adıçəkilən kafedrası­nın baş müəllimi H.Məmmədova, müəllimlər E.Qurbanov və S.Qasımovanın da məqalələri daxil idi.

Tədbir Lənkəran mətbəxinə aid nümunələrin dequstasiyası və müzakirəsi çərçivəsində başa çatıb.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

24 Oktyabr 2021 00:52 -

Köhnə versiyamızdan xəbərləri izlə