Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv edib

Fransanın İzer departamentinin əvvəl işğal altında olmuş Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzaladığı qanunsuz sənəd ləğv edilib.

Azərbaycanın Fransadakı səfirliyindən verilən məlumatda bildirilir ki, Qrenobl şəhər məhkəməsi 2019-cu il sentyabrın 20-də separatçı rejimin həmin departamentə səfəri zamanı imzalanmış qondarma "İzer depar­tamenti ilə Hadrut rayonu arasında dostluq xartiyası"nı ləğv edib. Azərbaycan tərəfinin bu aktın qanunsuzluğu barədə iddiaları iki dəfə, 2020-ci ilin fevralında və noyabrında qaldırılıb.

Bu il sentyabrın 27-də qəbul edilmiş və rəsmi şəkildə Azərbaycan tərəfinə verilmiş məhkəmə qərarında vurğulanır ki, sənəd İzer departamentinin bələdiyyə şurasının sədri tərəfindən imzalanıb və Fransa Konstitusiya­sının 5, 14, 20, 52 və 55-ci maddələrini pozur. Bu maddələrə əsasən, ölkənin xarici siyasət məsələlərinin həlli ölkə prezidentinin müstəsna səlahiyyətidir.

Qərarda o da qeyd olunur ki, qanunsuz xartiyanı imzalamaqla bələdiyyə şurasının pre­zidenti Yerli idarəetmə orqanları Məcəlləsinin L.1115-1 maddəsini pozub. Bu maddə Fran­sanın beynəlxalq öhdəliklərinin yerli idarəetmə orqanlarının fəaliyyətinin bütün aspektlərinə şamil olunur.

Qeyd edək ki, 1,2 milyon əhalisi olan İzer departamenti Overn-Ron-Alp regionunun 13 departamentindən biri və ən böyüyüdür. Bu regionun payına yerli idarəetmə orqanlarının qanunsuz işğalçı rejim rəhbərliyi ilə imzalan­mış akt və sazişlərin böyük əksəriyyəti (28 sənəddən 15-i) düşür.

Bu, artıq Fransa məhkəmələri tərəfindən ləğv edilmiş 11-ci qanunsuz sənəddir. Daha 2 iddiaya məhkəmələrdə baxılır. Əvvəllər işğal olunmuş Qarabağın separatçı rejiminə dəstək olaraq qəbul edilmiş sənəd və qərarların ləğvi ilə bağlı işlər davam etdirilir.

“Xalq qəzeti”

24 Oktyabr 2021 00:17 -

Köhnə versiyamızdan xəbərləri izlə