Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbulda keçirilən mediaforumda türkdilli dövlətlərin KİV nümayəndələrinin görüşü olub

 

 

Türk Şurasının İstanbulda keçirilən mediaforumu çərçivəsində türkdilli dövlətlərin media qurumlarının rəhbər və təmsilçiləri, habelə sosial media mütəxəssisləri arasında görüş olub.

"Xalq qəzeti" xəbər verir ki, görüşdə Türk Şurasına üzv ölkələr arasında media sahəsində əlaqələrin mövcud problemləri və onların həlli yolları müzakirə edilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan gənclər tərəfindən vahid sosial media platformasının təşkil olunması, media qurumları arasında texniki mütənasibliyin təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Televi­ziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Bakı Dövlət Universitetinin Jurna­listika fakültəsinin dekanı Vüqar Əliyev və digər türkdilli dövlətlərdən olan KİV nümayəndələri, eləcə də gənc jurnalistlər iştirak ediblər.

Toplantıda çıxışı zamanı Rövşən Məmmədov yaxın perspektivli addım kimi, türk dövlətlərindən olan gənc jurnalistlərin ortaq süjetlər hazırlayaraq hər birinin təmsil etdiyi media qurumunda yayım­lanmasının mümkünlüyünü qeyd edib. Əhməd İs­mayılov isə türkdilli dövlətlərdə fəaliyyət göstərən gənc jurnalistlərin qarşılıqlı mübadiləsinin, keyfiyyətli təcrübə proqramlarının tətbiqinin qar­daş ölkələrin gəncləri və həmkarlarımız arasında kommunikasiyanın gücləndirilməsinə töhfə verə biləcəyini vurğulayıb.

23 Oktyabr 2021 22:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə