Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilandakı torpaqlar türk şirkətlərinin dəstəyi ilə müasir texnologiyalarla əkinçiliyə hazırlanır

Azərbaycan, erməni işğalından azad edilən Zəngilanda illərdir boş qalan torpaqları, türk şirkətlərinin dəstəyi ilə əkinçiliyə hazırlayır. Azərbaycanın işğaldan azad edilmiş bütün rayonlarında genişmiqyaslı yenidənqurma və inkişaf layihələrinin həyata keçirildiyi kimi Zəngilanda da yeni yollar çəkilir, elektrik stansiyaları salınır. Dağıdılmış yaşayış məntəqələrini bərpa edən Azərbaycan hökuməti, aqrar sahənin inkişafı istiqamətində də sürətlə çalışır. Bölgədəki bütün layihələrdə Azərbaycana dəstək verən Türkiyə, prioritet sahələrdən biri kimi müəyyən edilən kənd təsərrüfatı sektorunun inkişafına da dəstəyini davam etdirir. Bu çərçivədə işğaldan azad edilən Zəngilanda türk şirkətlərinin dəstəyi ilə müasir texnologiyalarla kənd təsərrüfatı işlərinin aparılacağı park salınır. Fasiləsiz davam edən aqroparkda əkin sahələri, istixanalar, mal-qara ferması, kəsimxana, yem zavodu və meyvə bağları fəaliyyət göstərəcək. Əməkdaşlar üçün yaşayış və istirahət guşələrinin salındığı parkda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidənin, meşə massivinin və məscidin salınması da nəzərdə tutulub. Hətta, tullantıların enerjiyə çevriləcəyi biokütlə qazlaşdırma qurğusu və damlara quraşdırılacaq günəş panelləri ilə parkın elektrik enerjisinə olan tələbatının bir hissəsinin ödənilməsi də hədəflənir. Qeyd edək ki, parkda bütün işlər türk və azərbaycanlı mühəndislər və digər işçilər tərəfindən həyata keçirilir. Parkın tikintisinə cavabdeh layihə rəhbəri Yasin Yavuz 2 ay əvvəl bölgəyə gəldiyini və bu müddət ərzində böyük dəyişikliklərin şahidi olduğunu bildirib. Tikinti rəisi işləyən azərbaycanlı mühəndis Elvin Əliyev də türk dostları ilə ahəngdar işlədiklərini bildirib. Əkinçilik parkında bir çox insanın işlə təmin olunacağını bildirən Əliyev təcrübələrini türk işçilərlə bölüşdüklərini qeyd etdi. Onu da qeyd edək ki, artıq tikinti işlərinin davam etdiyi parkın daxilindəki əkin sahələrinin vaxt itirmədən şumlanaraq, gübrələnməsinə başlanılıb. Vurğun Mədətov, Xalq Qəzeti.
23 Oktyabr 2021 22:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Dekabr 2021 | 10:48
Neft ucuzlaşıb
1 Dekabr 2021 | 10:39
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə