Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Deputatlar Palatasının üzvü: İşğaldan azad olunan ərazilərdə reallaşdırılan layihələr Azərbaycan əhalisinə xeyir gətirəcək

İşğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr bütövlükdə Azərbaycan əhalisinə xeyir gətirəcək.

Bu sözləri müsahibəsində İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi deyib.

İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyətinin tərkibində Azərbaycanın erməni işğalından azad olunan ərazilərinə səfər etdiyini xatırladan R.Boldi vurğulayıb: “Hazırda Azərbaycan hökuməti işğaldan azad olunan əraziləri inkişaf etdirmək üçün çoxsaylı layihələr həyata keçirir. Bu mühüm layihələr həmin ərazilərin sakinlərinə və bütövlükdə Azərbaycan əhalisinə xeyir gətirəcək. Qarabağda real sülhün əldə olunması məni sevindirir. Ümid edirəm ki, bu, həmin regionda ciddi inkişafa gətirib çıxaracaq”.

23 Oktyabr 2021 16:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə