Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ABŞ-dan F-16 təyyarələrinin alınması proseduruna başlayıb

Türkiyənin ABŞ-dan F-16 qırıcı təyyarələrini satın alması proseduru başlanıb.

Anadolu informasiya agentliyinın məlumatına görə bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“F-16 təyyarələrinin alınması ilə bağlı texniki işlərə başlanılıb. Biz bu prosesi yaxından izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun güclənməsi deməkdir”, - deyə Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesində milli məhsulların nisbəti 80 faizə yaxınlaşıb. Buna baxmayaraq, xaricindən alınmalı məhsullar da olduğunu qeyd edən nazir deyib: “Əlimizdə olan F-16 təyyarələrini dəyişməliyik. Strateji müttəfiqimiz, dostumuz ABŞ-la həm “Block 70 Viper F16” təyyarələrinin tədarükü, həm də bəzi təyyarələrin modernizə edilməsi üçün texniki işlər başlanılıb”.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra ABŞ Ankaraya təzyiq göstərməyə başlayıb və ona beşinci nəsil F-35 təyyarələrini satmaqdan imtina edib. Lakin bu, əks-effekt yaradıb və son vaxtlar Ankaranın Moskvadan yeni nəsil təyyarələr almaq imkanlarını nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb.

23 Oktyabr 2021 14:26 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Dekabr 2021 | 10:10
Avtomobil istehsalı azalıb
1 Dekabr 2021 | 10:01
Krımda qasırğa

Köhnə versiyamızdan xəbərləri izlə