Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabah boks üzrə dünya çempionatı start götürəcək

Oktyabrın 24-də Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı start götürəcək.

Mindialda Azərbaycanı 9 boksçu təmsil edəcək. Yığmamızın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar.

Ümumi mükafat fondu 2,6 milyon dollar olacaq yarışda çempion 100 min dollar qazanacaq. İkinci yerin sahibi 50 min, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq. Dünya çempionatına noyabrın 6-da yekun vurulacaq.

23 Oktyabr 2021 19:29 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə