Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Poqba fikrini dəyişib

“Mançes­ter Yunayted”in yarımmüdafiəçisi Pol Poqba gələcəyi ilə bağlı qərarını açıqlayıb. Bildi­rilir ki, bir müddət əvvəl komandadan ayrılmaq istəyən Fransa millisinin üzvü fikrini dəyişib. O, Kriştiano Ronaldonun gəlişindən sonra “mankunianlar”da çıxış etmək arzusunu dilə gətirib: “Mançester Yunayted”də oynamağı sevirəm. Ronaldo xüsusi futbolçudur. O, dünyanın ən yaxşılarından biridir və onunla oynamaqdan zövq alıram”.

Onun mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməsi gözlənilir. Klub bununla bağlı danı­şıqları intensivləşdirib. Qeyd edək ki, Pol Poqba 2016-cı ildən "Mançester Yunayted"in formasını geyinir.

Xəbəri “Futbol.ua” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

23 Oktyabr 2021 01:00 -

Köhnə versiyamızdan xəbərləri izlə