Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələrinin icra vəziyyəti açıqlanıb

 

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən yol infrastrukturu layihələrinin oktyabrın birinə olan icra vəziyyətini açıqlayıb.

“ZƏFƏR YOLU”

- texniki göstəriciləri: 101.5 kilometr, II texniki dərəcəli, 2 hərəkət zolaqlı.

- görülmüş işlər: torpaq işləri 100 faiz, yol geyimi 100 faiz, boru və keçidlərin tikintisi işləri 100 faiz, körpülərin tikintisi 100 faiz, beton küvet, qanov və drenaj işləri 90 faiz icra olunub.

ƏHMƏDBƏYLİ–FÜZULİ–ŞUŞA avtomobil yolu

- texniki göstəriciləri: 81.6 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

- görülmüş işlər: 0-17, 32-36, 40-42, 51- 52, 58- 63, 70-71-ci kilometr hissələrdə torpaq yatağının tikintisi, 37 və 50-ci kilometrdə körpülərin, 80 və 81-ci kilometrdə tunellərin və alt keçidlərin tikintisi aparılır.

TOĞANALI–KƏLBƏCƏR–İSTİSU avtomobil yolu

- texniki göstəriciləri: yol – 80.7 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 kilometr.

- görülmüş işlər: 7 kilometr Toğanalı kənd yo­lunda asfalt-beton örtük tikilib, 48 kilometr mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 kilometr hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.

KƏLBƏCƏR–LAÇIN avtomobil yolu

- texniki göstəriciləri: yol – 72.3 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 kilometr;

- görülmüş işlər: yolun torpaq yatağının tikintisi işlərinə başlanılıb.

HORADİZ–CƏBRAYIL–ZƏNGİLAN–AĞBƏND avtomobil yolu

- texniki göstəriciləri: 123.8 kilometr, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.

- görülmüş işlər: 0-23, 50-66-cı kilometr hissələrində torpaq yatağının tikintisi aparılır. Tor­paq işləri 15 faiz, boru və keçidlərin tikintisi 10 faiz, körpülərin tikintisi 8 faiz icra olunub.

XUDAFƏRİN–QUBADLI–LAÇIN avtomobil yolu

- texniki göstəriciləri: 70.4 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

- görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 kilometr, Xanlıq istiqamətində 0-1 və 5-14 kilometr hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci kilometrdə körpü tikintisi işləri aparılır, topoqra­fik işlər davam etdirilir. Torpaq işləri 34 faiz, yol geyimi - 4 faiz, boru və keçidlərin tikintisi 35 faiz, körpülərin tikintisi 27 faiz icra olunub.

ŞÜKÜRBƏYLİ–CƏBRAYIL–HADRUT avtomo­bil yolu

- texniki göstəriciləri: 43 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

- görülmüş işlər: torpaq işləri 48.2 faiz, yol geyimi 3.6 faiz, boru və keçidlərin tikintisi 40 faiz, körpülərin tikintisi 4.8 faiz icra olunub.

FÜZULİ–HADRUT avtomobil yolu

- texniki göstəriciləri: 13 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

- görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. 0-3.5 kilometr hissədə torpaq işləri və yol yatağının tikintisi başa çatıb.

BƏRDƏ–AĞDAM avtomobil yolu

- texniki göstəriciləri: 45 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

- görülmüş işlər: torpaq işləri 39.1 faiz, yol ge­yimi 4 faiz, boru və keçidlərin tikintisi işləri 20 faiz, körpülərin tikintisi 76 faiz.

AĞDAM–FÜZULİ avtomobil yolu

- texniki göstəriciləri: 70 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.

- görülmüş işlər: Layihələndirmə işləri aparılır.

TALIŞ–TAPQARAQOYUNLU–QAŞALTI–NAF­TALAN avtomobil yolu

- texniki göstəriciləri: 22 kilometr, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.

- görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. 0-6 kilometr hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası tikilib, 0-1.8 kilometr hissəsində asfalt-beton örtük salınıb.

“Xalq qəzeti”

23 Oktyabr 2021 00:33 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Dekabr 2021 | 10:48
Neft ucuzlaşıb
1 Dekabr 2021 | 10:39
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə