Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Gömrük Komitəsinin sədri “Xanoba” gömrük postunda aparılan tikinti işləri ilə tanış olub

 

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə inşa olunan "Xanoba" gömrük postunda tikinti işləri uğurla davam etdirilir.

Oktyabrın 22-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Göm­rük İdarəsinin "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub.

Gömrük-keçid məntəqəsində həyata keçirilən tikinti və yenidənqurma işləri ilə bağlı Komitə sədrinə ətraflı məlumat ve­rilib. Dövlət Gömrük Komitəsinin sədri postda gömrük rejimi zonasın­da, idxal-ixrac nəzarət xəttlərində, postun inzibati binasında tikinti işlərinin ge­dişatı ilə maraqlanıb, müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, inşaat işlərini həyata keçirən mütəxəssislərlə söhbət edib, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, inşaat işləri başa çatdıqdan sonra gömrük postunun buraxı­lış qabiliyyətinin artması ilə yanaşı, ən müasir ava­danlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa "Xanoba" gömrük postu Şimal–Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırıl­masına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan–Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.

“Xalq qəzeti”

23 Oktyabr 2021 00:25 -

Köhnə versiyamızdan xəbərləri izlə