Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fahrettin ALTUN: İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq səsini media vasitəsilə dünyaya çatdırmağa çalışdıq

 

Hazırda yaşadığımız bu dövr bir sıra amillərə görə xüsusi əhəmiyyətə malikdir. Bir il əvvəl Azərbaycan torpaqları hələ işğaldan tam azad edilməmişdi, ermənilər qadağan olunmuş silahlarla Azərbaycanın dinc əhalisini hədəfə alırdı. Tarixin bu dönüş nöqtəsində Azərbaycanın yanında olduq. Digər tərəfdən də Azərbaycanın haqlı davasını, haqq səsini media vasitəsilə dünyaya çatdırmağa çalışdıq.

Bu fikirləri Türkiyə Prezidenti Administra­siyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türk Şurasının mediaforumunda çıxışı zamanı ifadə edib.

İkinci Qarabağ müharibəsi zamanı sosial mediada da böyük mübarizənin aparıldığını xa­tırladan F.Altun deyib: "Müharibə dövrü ərzində biz də qardaşım, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Ha­cıyev ilə informasiya cəbhəsində birgə mübarizə apardıq. Nəticədə şanlı Zəfərin əldə olunmasına töhfə vermiş olduq və şükürlər olsun ki, qalib gəldik. Allahdan şəhidlərimizə rəhmət diləyir, bir daha "Qarabağ Azərbaycandır" deyirəm”.

Türk Şurasının ilk toplantısının on il əvvəl keçirildiyini qeyd edin F.Altun bildirib ki, bu gün Türkiyənin qardaşlıq bağlarının daha da gücləndirilməsi baxımından belə bir vacib tədbirə evsahibliyi etdiyi üçün özünü xoşbəxt sayır.

Günel MƏLIKOVA,

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

22 Oktyabr 2021 23:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə