Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəngilan Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevriləcək

 

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Fəxrlə qeyd etmək istəyirəm ki, dövlətimizin başçısı ilə rayon ictimaiyyətinin nümayəndələri arasında olduqca səmimi dialoq olmuşdur.

Televiziyadan izlədiyim bu maraqlı görüş hər bir vətənpərvər insan kimi, mənim də qəlbimdə dərin məmnunluq hissi doğurmuşdur. Prezident İlham Əliyev görüş iştirakçılarını salam­layaraq demişdir: “Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytar­dıq. Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz!” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz!” deyəcəklər”.

Mənfur düşmən köhnə Zəngilandakı, demək olar ki, bütün binaları dağıtmışdır. Azərbaycan dövləti isə indi erməni işğalından azad edilən Zəngilanı yenidən qurmaqla məşğuldur. Artıq şəhərin baş planı hazırlanır və bundan sonra Zəngilanın yeni dövrü başlanır. Yeri gəlmişkən, azad edilmiş torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir.

Prezident İlham Əliyev bu barədə danışarkən demişdir ki, bu ilin aprel ayında Ağalı kəndinin təməli qo­yulub. Artıq bəzi binalar hazırdır. Dövlətimiz çalışır ki, gələn ilin əvvəli, bəlkə də, bu ilin sonu zəngilanlılar doğma torpaqlara köçürülsünlər. Bu, bütün zəngilanlılar üçün son dərəcə sevindirici xəbərdir. Deməli, yaxın aylar ərzində onlar öz doğma ata-baba yurdlarına qayıdaraq, burada rahat və firavan yaşamaq imkanı əldə edəcəklər. Bundan böyük səadət ola bilərmi? Əlbətə, ola bilməz!

Zəngilan Zəngəzur nəqliyyat dəhlizinin üzərində olduqca əlverişli coğrafi ərazidə yerləşir. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı görülən işlərdən danışaraq demişdir: “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri ar­tıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil. Ona görə artıq avtomobil yolunun açılışı məsələsi həll olunur, dəmiryolu məsələsi həll olunur”.

Bəli, Zəngilan çox müa­sir və böyük əhəmiyyətə malik olan bir bölgəyə çevrilir. Bu gün Azərbaycan xalqı öz qədim tari­xinin ən şərəfli günlərini yaşayır. Bu böyük xoşbəxtliyi bizə çağdaş dünya siyasətinin ən görkəmli tarixi şəxsiyyətlərindən olan Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri bəxş etmişlər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə tezliklə sağalma­larını arzulayıram.

Düşünürəm ki, qədirbilən Zəngilan camaatı, bütövlükdə, xalqımız gözəl və təkrarsız Qarabağı düşməndən azad edərək onu dünyanın ən gözəl məkanına çevirən indiki nəsillərin tari­xi xidmətlərini heç vaxt unutmayacaq.

Minaxanım ƏSƏDLİ,

Azərbaycan Turizm və Menecment Universitetinin professoru

23 Oktyabr 2021 00:51 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Dekabr 2021 | 10:48
Neft ucuzlaşıb
1 Dekabr 2021 | 10:39
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə