Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX işğaldan azad olunan sərhədboyu ərazilərdə aşkarlanan mina və sursatların sayını açıqlayıb

Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatların axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri xüsusi əhəmiyyət kəsb edir.

Sərhədçi istehkamçıların ötən dövr ərzində Azərbaycan-Ermənistan sərhədi boyunca ümumilikdə 211 hektar ərazidə, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 77 hektar məsafəsində həyata keçirdiyi axtarış fəaliyyətləri nəticəsində ümumilikdə, 1370 ədəd piyada əleyhinə, 1438 ədəd tank əleyhinə mina, 218 ədəd partlamamış hərbi sursat, 50 ədəd silah və ləvazimat, 9560 ədəd müxtəlif çaplı sursat, partladıcı, alışdırıcı vasitə aşkarlanıb.

Hazırda azad olunmuş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

"Xalq qəzeti"

22 Oktyabr 2021 16:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə