Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xırdalanda iki nəfərin öldüyü kütləvi davanın iştirakçılarına hökm oxunub

Xırdalanda iki nəfərin ölümünə, bir neçə nəfərin isə ağır yaralanmasına səbəb olan kütləvi dava ilə bağlı daha bir məhkəmə araşdırması başa çatıb.

"Xalq qəzeti" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Roman Mirzəyev xuliqanlıqda təqsirli bilinərək 2 il, Yaşar Mövsümov isə xuliqanlıqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həbs edilənlərdən Tural Quliyev isə adam öldümrəkdə, adam öldürməyə cəhddə və xuliqanlıqda ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl məhkəmənin hökmü ilə kütləvi davada iştirak edən digər qrupun üzvlərindən Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bahadur Əliyev isə xuliqanlıq ittihamı ilə 3 il 6 ay həbs cəzası alıb.

Xatırladaq ki, Bakı şəhər sakini Rəvan Mirzəyev bir xanımla Xırdalan şəhəri ərazisində olarkən həmin ərazidə yaşayan Xəlil Məmmədovla mübahisə edib. Hadisə nəticəsində X.Məmmədov R.Mirzəyevi döyüb. Sonradan R.Mirzəyev bir neçə nəfərlə həmin məhəlləyə gələrək Xəlil Məmmədovu döymək istəyiblər. Bu vaxt kütləvi dava olub, nəticədə X.Məmmədovun qardaşı və Hüseynağa adlı bir şəxs bıçaqla qətlə yetirilib. Hadisə zamanı X.Məmmədov və daha 3 nəfər bıçaq xəsarətləri alıb.

22 Oktyabr 2021 17:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə