Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

"Xalq qəzeti"

22 Oktyabr 2021 18:10 - EKOLOGİYA
EKOLOGİYA
30 Noyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
26 Noyabr 2021 | 18:08
Sabahın HAVA PROQNOZU
25 Noyabr 2021 | 18:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə