Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səbail rayonunda oğurluq edən şəxslər tutulublar

Səbail rayonunda oğurluq edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 19-da xarici ölkə vətəndaşının cibindən içərisində 500 manat məbləğində pul, 100 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Qazax rayon sakinləri İ.Bukavadze, əmisi oğlu M.Bukavadze, Yevlax rayon sakinləri R.Bəkirov və əmisi oğlu A.Bəkirov Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

"Xalq qəzeti"

22 Oktyabr 2021 15:11 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə